Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Nura Suri: “Dedi ki, sən ölməlisən” – FOTOLAR, VİDEO

Nura Suri: “Dedi ki, sən ölməlisən” – FOTOLAR, VİDEO

Müğənni Nura Suri “Gitme” adlı mahnısına çəkdirdiyi klipə təqdimat mərasimi keçirib.  

Media nümayəndələrini və sənət dostlarını bir araya toplayan ifaçı ilk olaraq yeni ekran işini nümayiş etdirib. Daha sonra ifaçı çəkiliş prosesindən danışıb: “Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zaman da musiqisi də mənə və Əvəz Muradova məxsusdur. Çəkilişlərimiz iki gündə tamamlandı. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkilişlər etdik. Mahnının ərsəyə gəlməsində  Əvəz Muradovun xüsusi rolu var. Mahnıya Nuran Məmmədov ekran həyatı verib. Nuran gənc olmasına baxmayaraq maraqlı fikirləri var. Mahnını göndərdim, dərhal maraqlı ssenari göndərdi. İnsanlara güvənmək lazımdır. İlk işi üçün həmişə insanlar böyük ürək qoyur ki, uğurlu alınsın. Çəkilişlər maraqlı keçdi. Klipdə 3 obraz canlandırmışam. Mən tam başqa obraz ssenari düşünmüşdüm, Nuran tam fərqli ssenari ərsəyə gətirdi. Bilmirəm məni niyə öldürmək istədi. Əsasən baş rol ifaçısı, əsas qəhrəman ölmür. Təklif etdim ki, aktyor ölsün. Dedi ki, yox, səni öldürmək lazımdır. Beləliklə, klipdə sevgilim məni boğdu. Nuran işinin öhdəsindən əla gəldi. İnanıram ki, tamaşaçılar da çox bəyənəcək”.

Rejissor isə klip haqqında təəssüratlarını belə bölüşüb: “Mənə güvəndiyi üçün Nura xanıma təşəkkür edirəm. Mahnıya qulaq asanda gözümün qabağında bütün ssenari canlandı. Bu tək mənim deyil, komandamızın işidir. Hamımıza uğurlar arzulayıram”.

Sonda Nura Suri növbəti klipin çəkilişlərinə hazırlaşdığını, sözügedən ekran işini yanvar ayında təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Suri noyabr ayında “Sevgi romanı” adlı klipini təqdim etmişdi. (Musavat.com)

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …