Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Necati Şaşmaz boşanır – Vəkili açıqladı

Necati Şaşmaz boşanır – Vəkili açıqladı

“Kurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verilib. 

N. Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib: “Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb.  Onlar bir-birilərinə şans versələr də, bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …