Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Nazirin oğlu bahalı alış-verişi ilə göz çıxardı… – Amma kimsə hesab tələb eləmir…

Nazirin oğlu bahalı alış-verişi ilə göz çıxardı… – Amma kimsə hesab tələb eləmir…

DİA.AZ: – “Facebook” sosial şəbəkəsində Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar məmmədovla bağlı maraqlı bir informasiya yayılıb. DİA.AZ oxucuları üşün də bu məlumatın maraq kəsb edəcəyini düşündüyümüzdən onu diqqətinizə təqdim edirik:

“Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım. Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard fund sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məhşur “‎OneHydePark”‬ dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon fund sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu ‪‎AnarMəmmədov‬ oldu”.

DİA.AZ xatırladır ki, bir neçə gün əvvəl ARDNŞ rəsmilərindən biri 20 milyona 16 mənzili aldığı üçün ictimai qınaq hədəfinə çevrilmişdi. İndi isə görünəni odur ki, nazir oğlu ən azından həmin məbləğə 1 mənzil alıb və hər kəs susur… görməməzlikdən gəlir…

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın