Bazar ertəsi , May 6 2024
Ana səhifə / Şou Biznes / Naxçıvanda Bayram namazı qılınıb –Vasif Talıbovun adından qurban əti paylanıb

Naxçıvanda Bayram namazı qılınıb –Vasif Talıbovun adından qurban əti paylanıb

Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün səhər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin “Sarvanlar”, “Kazım Qarabəkir”, “Pirqəmiş”, “Came” məscidlərində də qılınıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından bayram sovqatı – qurban əti paylanıb.

Yüzlərlə muxtar respublika sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Həmçinin oxuyun

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışdı – Fotolar

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. Olay.az …

Bir cavab yazın