Ana səhifə / Şou Biznes / Naxçıvanda 7 min qadın idmanla məşğul olur

Naxçıvanda 7 min qadın idmanla məşğul olur

Naxçıvan Muxtar Respublikasında 1 qadın Milli Məclisin, 7 qadın Ali Məclisin deputatı, 13 qadın isə bələdiyyə sədridir.
“Report” xəbər verir ki, bunu muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
O bildirib ki, muxtar respublikada 15 sahibkar qadın var. Muxtar respublikanın qadınlarının 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur.

Həmçinin oxuyun

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışdı – Fotolar

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. Olay.az …

Bir cavab yazın