Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Natavanla bağlı təklifə “yox” cavabı – Video

Natavanla bağlı təklifə “yox” cavabı – Video

Aparıcı Zaur Kamal Əməkdar artist Röya Ayxana küsülü olduğu müğənni Natavan Həbibi ilə bağlı sual ünvanlayıb.

“5/5” proqramına qonaq olan Röya “Natavan ana oldu, onu zəng vurub təbrik etdin” sualına “Natavanı efirdən təbrik etdim, zəng vurmadım” cavabını verib.

Zaur “Gəl, indi zəng edək, danışaq” deyərək telefona əl atıb. Sənətçi isə “Efirdən təbrik etdim, biz indi oxuyaq” reaksiyasını verərək, mikrofon arxasına keçib.

Daha sonra aparıcı müğənniyə həkim xalatı geyindirib. Ekrana Natavanın fotosunu gətirərək, Röyadan “Cərrah olsaydın, Natavanın harasın kəsərdin” sözlərini soruşub.

“Natavanda hər şey yerindədir. İndi gözləyək görək, uşaq 1 yaşına gələnə qədər neçə kiloqram olacaq. Natavanın sümüyü incədir, yerindədir” deyə, Röya bildirib.

Axşam.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …