Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Nə üçün sənə görə xəcalət çəkməlidirlər?” – Fazil Mustafa

“Nə üçün sənə görə xəcalət çəkməlidirlər?” – Fazil Mustafa

“Əlimdə imkan olsaydı bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım”. 

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. “Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun” yazan deputat hesab edir ki, bölgə adını götürən şəxs davranışlarında daha ciddi, təmkinli, ədəbli olmalıdır: “Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın