Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Nəsimi rayonu ilə San Dieqo şəhəri arasında əlaqələr genişlənir FOTOLAR

Nəsimi rayonu ilə San Dieqo şəhəri arasında əlaqələr genişlənir FOTOLAR

Bakı və San Dieqo şəhərləri arasında  yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, eləjə də böyük sayda erməni icmasının mövcud olduğu Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti cari ilin 23-31 oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatına səfər edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Asim Mollazadə, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev və Nəsimi RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Məmmədli olublar.
2011-ci ildən etibarən Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətləri qurulmuşdur. Əhalisinin sayına görə Kaliforniyanın ikinci, ümumilikdə ABŞ-ın səkkizinci ən böyük şəhəri olan San Dieqo şəhəri Kaliforniya ştatının siyasi və iqtisadi həyatında mühüm rol oynayır.
Səfər proqramı çərçivəsində Los Anceles, San Dieqo şəhəri və San Dieqo vilayətinin seçkili nümayəndələri, biznes dairələrilə, eləjə də müxtəlif təşkilatların rəhbərliklərilə görüşlər, həmçinin San Dieqoda Azərbaycanın müstəqilliyinin 25, Bakı-San Dieqo münasibətlərinin 5 illiyinə həsr olunmuş geniş tədbirlər keçirilmişdir.
Oktyabrın 24-də nümayəndə heyəti Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəlmiş “Əli və Nino” bədii filminin premyerasında iştirak etmişdir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən premyerada, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak edirdilər.
Nəsimi rayonunun nümayəndə heyəti oktyabrın 25-də Los Ancelesdən San Dieqo şəhərinə gələrək bir sıra tədbirlərdə iştirak etmişdir.
Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də  San Diyeqo Şəhər Şurasında xüsusi mərasim keçirildi. Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə nümayəndə heyətimizlə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edirdi.
Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim etdi. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan olunub.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Asif Əsgərov çıxış edərək Azərbayjan Respublikasının Prezidenti İlham Əliyevin davamlı və dinamik inkişaf məntiqinə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış uğurları, Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi, Bakı-San Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafı, San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyi, Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğu, bu baxımdan Bakı-San Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyini  vurğulamış  və ölkəmizdəki dini tolerantlıq, multikulturalizm ənənələrindən danışmışdır.
Mərasimin sonunda San Dieqo Şəhər Şurasına Nəsimi rayon İcra hakimiyyətinin  hədiyyələri təqdim olundu.
Səfər zamanı  Kaliforniya Ştat Senatoru Marti Blok və onun ofisinin aparatının rəhbəri Kris Vard ilə görüş, San Dieqonun müharibə ijması veteranları, daha sonra Tomas Jeferson Hüquq İnstitutunun rəhbəri Tomas Guernsey və institutun digər ziyalılıarı ilə birlikdə görüşlər keçirilmişdi. Həmçinin Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin liderləri ilə görüş olmuşdu. Tədbirlərdə Azərbaycan milli sənət əsərlərindən ibarət hədiyyələrt təqdim  edildi.
Oktyabrın 26-da səfər proqramı çərçivəsində San Dieqo Vilayəti Yəhudi Federasiyasının sədri Maykl Sonduk ilə,  San Dieqo Limanı Administrasiyası idarə heyətinin sədri Marşal Merifild ilə görüş keçirilmiş və sonra San Dieqo Cevish Cournalda, San Dieqo Vilayəti Nəzarətçilər Şurasının sədri Ron Robert ilə, sonra Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez ilə  görüş olmuşdur.
Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə və Bakı-San Dieqo münasibətlərinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə keçirilən ziyafətdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edirdilər. Ziyafətdə Nəsimi rayon nümayəndə heyəti tərəfindən çıxışlar edilərək Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin  dərin böhrandan xilas olmasından,  Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən danışıldı. Tədbirdə  həmçinin San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğu  qeyd edildi.
Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merifild öz çıxışlarında əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edilərək dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüklərini bildirdilər. Çıxışının sonunda Azərbaycanın Müstəqillik Günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsni təqdim etdi.
Oktyabr ayının 27-də nümayəndə heyəti Los Anceles şəhərinə yola düşmüş, 28-i tarixində Los Anceles Amerika Yəhudi Komitəsinin üzvləri ilə, sonra isə İsrail Konsulu ilə görüşlər keçirilmişdir.
Nəsimi rayon nümayəndə heyətinin San Dieqoya səfəri zamanı keçirilən görüşlərdə və  həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr zamanı san diyeqolu iş adamları ölkəmizə investisiyalar yatırılmasına dəvət edilmiş və əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın