Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Murad şouda Xatunu qoruyur – Əlini çəksə də… + Video

Murad şouda Xatunu qoruyur – Əlini çəksə də… + Video

Ötən gün Elşad Xose “Maşın” şouda şok bir iddia ortaya atıb. “Qafqazinfo” xəbər verir ki, repçi yarışmanın digər iştirakçısı Xatun Əliyevanı qayda pozmaqda ittiham edib. 

Xose mübahisə zamanı Xatunun əlini maşından götürdüyünü bildirib: “Sənin mənə söz deməyə “dux”un çatmaz. Sən əlini çəkməyindən danış. Bütün internet bundan danışır”.

Daha sonra canlı yayımda Elşadın mikrofonu söndürülüb.  Layihənin aparıcısı Murad Dadaşov mövzu ilə bağlı sual ünvanlayıb:

“Elşad, hansı əl çəkməkdən söhbət gedir? Xatun əlini çəkib?”

O, “Hər halda diqqətli tamaşaçılar yaxşı bilər. Mən görməmişəm” deyərək Dadaşova cavab verib.

Xatun Əliyeva isə Xoseyə “Operatorlar səndən yaxşı görür” deyə bildirib.


 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …