Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Mümkünsə yaxın iki ildə hamilə qalmayın…” – VIDEO

“Mümkünsə yaxın iki ildə hamilə qalmayın…” – VIDEO

Orta Asiya və Latın Amerikasında ağcaqanadlar vasitəsilə yayılan zika virusu dünyada ciddi təlaş yararıb. Ana qarnında olan uşaqlarda ciddi fəsadlara səbəb olan xəstəlik bu günə qədər 21 ölkədə qeydə alınıb.Euronews.com saytı xəbər verir ki, xəstəlik son olaraq Salvadorda ciddi həyəcan yaradıb. Yetkililər qadınlardan hamiləlik planlarını iki ilə təxirə salmasını istəyib. 
Amerika Birləşmiş Ştatları yetkililəri də hamilələrə sözügedən ölkələrə səyahət etməmələri ilə bağlı xəbərdarlıq edib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzindən həkim Beth Bell açıqlayıb ki, virusa yoluxan qadınların dölünə düşə biləcək infeksiyadan olduqca narahatdılar.
Zika virusu xüsusən hamilələrə yoluxanda dünyaya gələcək uşaqlarda ciddi anomaliyalara səbəb olur. Mikrosefaliya və görmə qabiliyyətinin pozğunluğu ilə yanaşı, bu virusla doğulan uşaqlarda ciddi nevroloji problemlər, əqli çatışmazlıq kimi hallar özünü göstərir.  Virusun ən çox yayıldığı Braziliyada təxminən 4 min körpəyə və hələ ana bətnində olan körpəyə başının normadan kiçik olmasına görə mikrosefali diaqnozu qoyulub.
Türkiyə Səhiyyə Nazirliyi də dekabr ayında verdiyi açıqlamada bu virusun hər hansı müalicəsinin olmadığını açıqlamışdı. Aedes aegypti növü ağcaqanadlar vasitəsilə  yayılan virusun əsas əlamətləri isə yüksək temperatur, baş və bədən ağrıları, dəridə qızartılardan ibarətdir. Zika virusu xəstəyə ciddi təhlükə yaratmır. Onun əsas zərbəsi hamilə qadının bətnindəki körpəyə dəyir. Yetkililərin iki il boyunca qadınlardan hamiləliyi dayandırmalarını məsləhət görməsinin səbəbi də budur.  Musavat.com 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın