Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Müğənnilərdən biri həyat yoldaşıma dedi ki, Cavanşirdən hamiləyəm”

“Müğənnilərdən biri həyat yoldaşıma dedi ki, Cavanşirdən hamiləyəm”

Əməkdar artist Cavanşir Məmmədov illər əvvəl başına gələn qeyri-adi hadisə barədə danışıb.

İllər əvvəl bir müğənni qadın onun həyat yoldaşına zəng vuraraq sənətçidən hamilə olduğunu söyləyib.

C. Məmmədov bu haqda “Ümid ilə gəl” proqramında danışıb:

“1991-ci ildə  müğənnilərdən biri həyat yoldaşım Xalidə xanıma zəng edib deyib ki, ərin Cavanşirdən hamiləyəm. Həyat yoldaşım isə həmin müğənni qadına cavab olaraq söyləyib ki, hamiləsənsə mənə yox, Cavanşirə zəng elə, məndən hamilə qalmamısan ki?! 

Həmin qadın məndən yox amma başqa bir kişidən həqiqətən də hamilə idi. Mənim adım hallanırdı”.

İfaçı hər xırda şeyə görə ailəni dağıtmağın tərəfdarı olmadığını bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …