Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / Mingəçevir teatrının direktoru jurnalisti təhqir etdi — Foto

Mingəçevir teatrının direktoru jurnalisti təhqir etdi — Foto

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov ölkə.az-ın əməkdaşını təhqir edərək, “razborka”ya çağırıb.

Direktor sosial şəbəkədə saytın əməkdaşı haqda belə bir status yazıb:

“Mən Ölkə.az saytında İntiqam Valehoğlu adlı adam (kişi) tanımıram. Sözün varsa, gəl Mingəçevirə. Ay yaramaz, ay özünü insan sanan, birdən elə bilərsən ki, səninlə Mingəçevirdə görüşmək istəmirəm. Bakıda, harada istəsən görüşək fikir mübadiləsi edək (gülür). Belə dediyim fikirlər şərəfsizlərə aiddir. Məsələn, İbrahim Salamova-sənin dostuna, İntiqam Valehoğlu”.

Sosial şəbəkədə direktorun yazdığı statusa isə bir neçə nəfər təhdid dolu şərh yazaraq jurnalistə gözdağı vermək istəyib.

Xatırladaq ki, direktorun əməkdaşımıza qarşı belə davranmasına səbəb sözügedən teatrın aktyoru Asim Məmmədovun intihara cəhd etməsi ilə bağlı material olub. Asim Məmmədov Ölkə.az-a açıqlamasında intihara cəhd etdiyini, lakin dostlarının köməyi ilə bu fikirdən daşındığını söyləmişdi.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın