Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Şou Biznes / Milli Qəhrəman Pəhləvan Fərzəliyevə həsr edilmiş sənədli filmin təqdimatı keçirilib

Milli Qəhrəman Pəhləvan Fərzəliyevə həsr edilmiş sənədli filmin təqdimatı keçirilib

Aprelin 11-də Füzuli Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevə həsr edilmiş “Şərəfli ömrün manifesti” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru İltifat Hacıxanoğludur.

“Aztimes.az” xəbər verir ki,  filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, məktəblilərin  iştirak etdikləri təqdimat mərasimin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə dövlət sifarişi ilə Qarabağ mövzusunda çəkilən filmlər, bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində nümayişləri haqqında məlumat verib. Bildirib ki, indiyədək Milli qəhrəmanlar silsiləsindən 70-ə yaxın film çəkilib.

Tədbir iştirakçıları sonra “Şərəfli ömrün manifesti” sənədli filmini izləyiblər.

Təqdimatdan sonra filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıb.

Məlumat verilib ki, Pəhləvan Əhliman oğlu Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, 1990-cı ildən doğma rayonunda polis zabiti kimi xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. 1992-ci il sentyabrın 8-də ona Milli Qəhrəman adı verilib.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, füzulili oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, müharibə zamanı rayon sakinlərindən 657 nəfər şəhid olub, 181 nəfər itkin düşüb, 400 nəfərədək insan sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Diqqətə çatdırıb ki, rayonda “Füzulinin Milli qəhrəmanları”, “Horadiz şəhidləri”, “Aprel şəhidlərinə xatirə”, “31 mart – soyqırımı qurbanlarına xatirə” abidə kompleksləri inşa edilib.

A.Alıyev filmin əhəmiyyətini yüksək qiymətləndirərək, bu cür ekran əsərlərinin ərsəyə gətirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Yaddaş” studiyasına təşəkkür edib.

Milli Qəhrəman Pəhləvan Fərzəliyevin anası Sücaət xanım tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Həmçinin oxuyun

“Bakirə olmayan qızı evimə gəlin gətirmərəm” – VİDEO

Müğənni Manaf Ağayev maraqlı açıqlamaları ilə diqqətləri öz üzərinə çəkib. APA TV-nin efirində qonaq olan …

Bir cavab yazın