Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Mehriban Xanlarova da orduya yazıldı – “Döyüşə hazıram!”

Mehriban Xanlarova da orduya yazıldı – “Döyüşə hazıram!”

Əməkdar artist Mehriban Xanlarova da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə sənədlərin görüntülərini sosial şəbəkə hesabında paylaşan aktrisa lazım gələrsə döyüşməyə hazır olduğunu bildirib:
“Mənfur düşmənimizin silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində, şəhid verdiyimiz üçün çox üzülürəm. Ulu babalarımızın bizə əmanət etdiyi vətənimizi qorumaq üçün lazım gələrsə, döyüşməyə hazıram”.
Qeyd edək ki, son günlər bir çox sənət adamı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib. Onlar arasında Xalq artisti Faiq Ağayev, rejissor Kənan Mahmudov (Kənan MM), reper Qurd (Fərid Eminov) və başqaları da yer alıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …