Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Mətanət İsgəndərli: “Heyif deyildi əvvəlki insanlar?”

Mətanət İsgəndərli: “Heyif deyildi əvvəlki insanlar?”

Bir müddətdir Moskvada olan Əməkdar artist Mətanət İsgəndərli yeni görüntülərini yayıb.

Son günlər gəlini ilə aralarında olan qalmaqala səssiz qalan sənətçi yenə bu barədə fikir bildirməyib.

Rusiyada yaşayan həmyerlilərimizdən birinin evində qalan İsgəndərli qənd doğrayaraq görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Xanım müğənni keçmişi yada salaraq kövrəlib:

“Təsəvvür edin, oradan bura gəlmişəm ki, qənd doğrayım. Mən uşaq olanda da belə idi, nənəm həmişə qənd doğrayırdı, mən də əlindən alırdım ki, ver mən doğrayım. Bu gecə də nənəmi yuxuda görmüşdüm. Azərbaycanda olanda heç evlərdə bu alətə rast gəlmirik, amma Moskvada qənd doğrayan tapmışam. Burada azərbaycanlı bir ailənin evində qonağam. Mən də oturub qənd doğrayıram. Bu alətin adı nə idi, yadımdan çıxıb, nənəm həmişə deyərdi. Həmin zamanlar necə gözəl idi, hər şey saf, təbii. Heyif deyildi əvvəlki insanlar? İndi hər şeyin zayı çıxıb. Ömrünüz həmişə bu qənd kimi şipşirin olsun”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …