Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Mənə deyirlər, Fazil səni o evə qulluqçu alıb, yoxsa arvad?” – Rəqsanə

“Mənə deyirlər, Fazil səni o evə qulluqçu alıb, yoxsa arvad?” – Rəqsanə

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında izləyicilərindən yardım istəyib.

Pravda.az xəbər verir ki, o izləyicilərindən dırnaq ustası məsləhəti istəyib: “Mənə işini yaxşı bilən dırnaq ustası lazımdır. Sabah klip çəkilişlərimiz var. Dırnaqlarım isə bərbad gündədir. Qazanları yumaqdan dırnaqlarım pis günə qalıb. Allah bizim evdə işləyənlərin üzünü ağ eləsin. Pomidor, xiyar turşularının qazanlarını sürtməkdən dırnaqlarımı bu günə qoymuşam. Mənə deyirlər, Fazil səni o evə qulluqçu alıb, yoxsa arvad?”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …