Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Zaur Kamal yayılan videosundan danışdı: “Bunu indi yayırlar?” – Video

Zaur Kamal yayılan videosundan danışdı: “Bunu indi yayırlar?” – Video

Mediada tanınmış aparıcı Zaur Kamalın qayda pozduğu iddia edilən video paylaşılıb.

Məsələ ilə bağlı Zaur Kamal Manset.az saytına açıqlamasında görüntülərin keçən il çəkildiyini bildirib: 

“Bu çoxdan olan hadisədir. Maşının arxa təkərində problem var idi, ona görə avtomobili saxlamışdım. Keçən ilin yayında olub, bunu indi yayırlar? Yayıblar, özləri bilsinlər. Camaatın işi, gücü yoxdur?”

Qeyd edək ki, avtosfer.az saytının məlumatına görə,  hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.

https://baku.tv/embed/84115

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …