Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Məscidə qoyulan “Azercell” antenası narazılıq yaradıb

Məscidə qoyulan “Azercell” antenası narazılıq yaradıb

“Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məsciddə  “Azercell Telekom”un antenası quraşdırılıb. Kənd sakinləri isə bundan narazılıq edir”.

Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisi bildirib ki, bu məsələni Əmircan qəsəbəsində sakinlərlə görüşdə qaldırıblar: “Sakinlər antenanın məsciddə quraşdırılmasından narazıdır. Amma əmircanlıların problemləri bununla bitmir”.

Əmircan məscidindən də deyilənləri təsdiqlədilər: “Antena günbəzdə deyil, başqa yerdə quraşdırılıb. Amma məscidin ərazisində qoyulub”.

Sakinlərin narazılığına gəldikdə isə adını açıqlamaq istəməyən şəxs axundun məsciddə olmadığını dedi: “Yox, bunu deməklə aranı qızışdırmaq istəyirlər. Sakinlər antenanın quraşdırılmasına etiraz edə bilməzlər. Buna səbəb də yoxdur axı…”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın