Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva əkizləri ilə sərgidə – FOTOLAR

Leyla Əliyeva əkizləri ilə sərgidə – FOTOLAR

Heydər Əliyev Mərkəzində uşaqların rəsm və digər əl işləri sərgilənib.
Noyabrın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət sərgi və hərrac keçirilib.
Azinforum.az  buro247.az-a istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakı və regionlardan müxtəlif uşaq evləri və uşaq bağçalarından olan istedadların 400-dək rəsm və digər əl işləri sərgilənib.
Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil olunub. Hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın