Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / Korrupsiyaya görə 18 təhsil işçisi qovuldu

Korrupsiyaya görə 18 təhsil işçisi qovuldu

“Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır”.

Azinforum.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib.

Nazirin sözlərinə görə, bu ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

“Vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib. Korrupsiya ilə mübarizə iki istiqamətdə – birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır”.

Nazir əlavə edib ki, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir.

“Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir”.

Həmçinin oxuyun

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Bakupost.az xəbər …

Bir cavab yazın