Ana səhifə / Gündəm / Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubdan danışdı: “Hər şey keçmişdə qalıb…”

Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubdan danışdı: “Hər şey keçmişdə qalıb…”

Milli Məclisin sabiq deputatı, eks-səfir Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubu barədə yayılan məlumatlara münasibət bildirib. 

Məsələ ilə bağlı Elmira Axundova Demokrat.az-a açıqlamasında geniş danışmaq istəmədiyini deyib. 

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirməyir:

“Hər şey keçmişdə qalıb, biz bu şantajçıları çoxdan udmuşuq, Ali Məhkəmə öz qərarı ilə oğlumun xeyrinə qərar çıxarıb. İş çoxdan bitib. Ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Məhkəmənin qərarını da sizə göndərirəm. Əgər ədalət axtarırsınızsa, Ali Məhkəmənin qərarını da çap edin”. 

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb.

Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.

Həmçinin oxuyun

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin …