Ana səhifə / Media / “Biləcəri Bələdiyyəsi torpağımı 4000 manata başqasına satmaq istəyir”

“Biləcəri Bələdiyyəsi torpağımı 4000 manata başqasına satmaq istəyir”

Nelya Yudzinskaya: “Rus olduğum üçün bələdiyyə işçiləri mənimlə ədavət aparırlar”

44 il müəllimə işləmi, hazırda pensiyada olan Biləcəri sakini, milliyyətcə rus olan Yudzinskaya Nelya Stanislavna hazırda Ə.Qasımov küçəsi ev-22, mənzil 14-də yaşayır. JAM.AZ-a göndədiyi məktubuinda Nelya xanım yazır ki, babası təcrübəli dəmir yolu mütəxəssisi kimi Polşadan Azərbaycana dəvət olunaraq burada uzun müddət işləyib.

O qeyd edib ki, hazirda yaşadığı ev və qarşısındakı 2 sota yaxın torpaq sahəsi də babasına dövlət tərəfindən verilib. “Biləcəri bələdiyyəsi Osman adlı əməkdaşının əliylə mənim həyətyanı sahəmi əlimdən almaq üçün dəridən-qabıqdan çıxır. Məlumatıma görə torpağı məndən alıb Qubalay Kahraman adlı vətəndaşlığı olmayan Türkiyə vətəndaşına qaraj yeri üçün vermək istəyirlər. Hətta buna görə ondan 4000 manat da pul alıblar. Mənə isə deyirlər ki, guya, torpağı qanunsuz zəbt etmişəm”.

Nelya Yudzinskaya bildirir ki, Biəcəri qəsəbəsində Ə.Qasımov və Y.Hüseynov küçələrində qanunsuz yolla onlarla zəbt edilmiş torpaqlar var, qanunsuz tikilər var. “Onlara söz deyən yoxdur. Amma mənin 2 qarış torpağıma göz dikiblər”.

Şikayətçi onu da iddia edir ki, guya, bələdiyyə işçiləri onun milliyətcə rus olmasına görə ədavət aparırlar. “Bələdiyyə sədri Hikmət Quliyev mənə deyir ki, 73 yaşın var, bundan sonra torpaq nəyinə gərəkdir? Hikmət Quliyevdən soruşuram: torpağı məndən alıb vətəndaşlığı olmayan Türkiyə vətəndaşına verməkdə marağın nədir? Bütün bunlarla əlaqədar müxtəlif dövlət orqanlarına şikayət etsəm də, baxan olmayıb”.

Sonda dövlət başçısına müraciət edən Nelya Yudzinskaya ondan kömək istəyib. “Sizdən artıq dərəcədə xahiş edirəm Biləcəri Bələdiyyəsi əməkdaşlarının bü özbaşınalıqlarına son qoyulması və 1943-cü ildən bu torpaqda yaşadığımı nəzərə alaraq, torpaq sahəsinin adıma sənədləşdirilməsi üçün mənə kömək edəsiniz”.

Biləcəri Bələdiyyəsinin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın