Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Könül Kərimova: “Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir”

Könül Kərimova: “Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir”

“Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl, ağıllı gəlinim olardı. Başa düşə bilmirəm ki, burada qəbahət nə var?”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova verilişlərin birində deyib. Sənətçi insanları çirkinlikdə gözəllik axtarmamağa çağırıb:

“Bu söhbətlər mənə toxunmur, gülməli bir şeydir. Yazırlar ki, “Könül özü guya gözəl olub ki?” Bəli, özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram. Heç dəxli var? Başa düşmədim kimi axtarmalıyam ki? Ay adamlar, ona görə də çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın. Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm”.

Sənətçi övladı üçün hələlik heç bir qapıya elçi düşmədiyini bildirib:

“Əlbəttə ki, oğlum Rəşad üçün döymək istədiyim bir qapı var. Amma indi o dövr deyil. Birinci oğlumun ürəyincə biri olmalıdır. Qızın ağılı, kamalı, gözəlliyi öz yerində olmalıdır. Hər zaman deyirdim ki, “Ulduz” filmində olan baş rolu canlandıran Ulduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma çox təəssüflər olsun ki, bəzən həyat çox yanlış insanlarla qovuşdurur”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …