Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Könül Kərimova: “Qızım ərə gedəndən ona zəng də vurmamışam”

Könül Kərimova: “Qızım ərə gedəndən ona zəng də vurmamışam”

Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova “Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib. 
Azinforum.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib: “Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”.
K.Kərimova özünün isə çox ağırxasiyyətli qayınana olacağını söyləyib: “Amma mən özüm çətin qayınana olacağam. Gəlindən əsl gəlinlik tələb edəcəyəm. Gəlin mən deyən gəlin olsa, başımın tacı olacaq. O artıq gəlinin fərasətindən, ağlından asılıdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …