Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / İzləyiciləri Naziləni bezdirib: “Pul ver, dərman al, paltar al“

İzləyiciləri Naziləni bezdirib: “Pul ver, dərman al, paltar al“

Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli ondan tez-tez pul istəyən izləyicilərinə səslənib.

“İnstagram” hesabında bu barədə yazan şairə izləyicilərindən gileylənib:

“Direktə girmək olmur. Əksəriyyət pul istəyir. 100 ver, 1000 ver, dərman al, yemək al, kommunal ödə, paltar al. Bilmirəm bankam, marketəm, aptekəm ya nəyəm?! Özüm utanıram “yoxdur” yazmağa. Ay sizə qurban olum, bir ildir işləməyən adamda pul hardan olsun?!”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …