Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / İsgəndər Xəlilov Neftçalaya niyə gəlib?

İsgəndər Xəlilov Neftçalaya niyə gəlib?

Rusiyada yaşayan azərbaycanlı milyarder, “İSR holdinq”-in prezidenti İsgəndər Xəlilov bu gün gözlənilmədən Neftçalaya gələrək sahibi olduğu “ Azər-Yod” MMC-də olub.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, o son vaxtlar dünya bazarında yodun qiymətinin kəskin aşağı düşməsi ucbatından ağır böhran keçirən zavodun işçiləri ilə görüşüb, istehsal sahələrinə baxış keçirib. İsgəndər Xəlilov sonda zavod rəhbərliyinə göstəriş verib ki, müəssisənin iqisadi durumu ürəkaçan olmasa da, 250 nəfər işçidən bir nəfər belə ixtisara salınmamalıdır.

Qeyd edək ki, “Azər-Yod” MMC texniki və kristal yod istehsalı ilə məşğul olur. Zavodun baş direktoru isə İsgəndər Xəlilovun qardaşı oğlu Rəşad Xəlilovdur.

Son illər Neftçala yod-brom zavodunda yod istehsalı xeyli artıb. Yodlu-bromlu su ilə dolu olan quyular Azərbaycanda ancaq Neftçala rayonunun ərazisində mövcuddur. Rayon ərazisində 110 quyu var ki, onlardan 97-i hazırda istismar edilir. Gün ərzində isə quyulardan təqribən 25 000 kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinliyindən çıxarılan yodlu-bromlu sular Azərbaycanda yeganə olan Neftçaladakı Yod-Brom zavodunda təmizlənir. Yerin dərin qatından çıxarılan qarışıq sular zavoda borularla gətirilir. Burada yodlu-bromlu su xlorlaşdırılır və nəticədə yod ionları sudan tamam ayrılır.

Zavodda mədən suyu 8 mərhələdən keçməklə kristal yod halına gətirilir. Neftçalada tikilən zavod istehsal gücünə görə MDB ölkələri arasında 1-ci, dünya üzrə isə 3-cü yerdədir. Hazırda zavodda daxili tələbatdan 25 dəfə çox, ildə 400 tona yaxın yod istehsal olunur. Bu isə o deməkdir ki, ölkəmiz dünyada neftlə yanaşı həm də bu məhsulun ixracatçısı kimi tanınır. Onu da xatırladaq ki, 2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət2-3 dəfə aşağı düşüb , istehsal olunmuş məhsulu satmaq problemi yaranıb.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın