Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “İkinci ərimdən xəyanət üstündə boşandım, bağışlamadım” – Əməkdar artist

“İkinci ərimdən xəyanət üstündə boşandım, bağışlamadım” – Əməkdar artist

“Oğlum Ayazın atası, ikinci həyat yoldaşım dövlət işində çalışırdı. Mənə xəyanət etdiyi üçün boşandıq, onu bağışlamadım”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva “Elgizlə izlə” veriliçində deyib. Aktrisa hələ də keçmiş əri ilə görüşdüyünü bildirib:

“Hələ də onunla görüşürük. Xəyanət etdiyini həmin qadının özü yanıma gəlib danışdı…

On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım.

Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim, evimə gətirdim… “

Kübra Əliyeva keçmiş ərinin onun ilk və son sevgisi olduğunu da etiraf edib:

“Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür.

Heç vaxt onun pulu sevmədim. Bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib və sair.  Onun 1 qəpiyində də gözüm yox idi. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istəmişdi”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …