Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İcra başçısı güllü fotosundan danışdı: –“Hamı nə gəldi danışır”

İcra başçısı güllü fotosundan danışdı: –“Hamı nə gəldi danışır”

“Burda böyüdüləsi bir şey yoxdur”

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib.

Lent.az-a danışan icra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır: “Məni istəyən-istəməyən, hamısı nə gəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burda böyüdüləsi bir şey yoxdur“.

Qeyd edək ki, məlum foto 2014-cü ilin may ayında Salyan rayonunun mərkəzində keçirilən Gül bayramı tədbirində çəkilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın