Ana səhifə / Şou Biznes / “Hər şey yüksək səviyyədə olacaq” – İltimas Məmmədov

“Hər şey yüksək səviyyədə olacaq” – İltimas Məmmədov

İnternetlə bağlı problem tamamilə həll olunub.

Bunu rabitə və yüksək texnologiyalar naziri əvəzi, nazir müavini İltimas Məmmədov deyib.
“Alternativ kanallarımız hər zaman olub. Kanalda problem yox idi. Biz əlimizdən gələni edirik ki, bir daha belə hal baş verməsin. Avadanlıqların köçürülməsi prosesi bu axşam başa çatır. Hər şey yüksək səviyyədə olacaq”, – deyə İ. Məmmədov bildirib.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi “Delta Telekom” MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu. (Apa)

Həmçinin oxuyun

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışdı – Fotolar

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. Olay.az …

Bir cavab yazın