Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Heç vaxt yasa getməmişəm” – Nura Suri

“Heç vaxt yasa getməmişəm” – Nura Suri

“Mən heç vaxt yasa getməmişəm. Qəbr üstünə də getmirəm…”

Bu sözləri tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Mərhum həmkarı Rəhim Rəhimlinin yas mərasiminə qatılmamasının səbəblərindən danışan Suri bildirib:

“Səbəbi uşaq vaxtı ölməyin nə olduğunu anlamadan evdə ağlaşan insanlar, meyit görməyimin məndə qorxuya bənzər qəribə bir hissin oyatması olub. Psixoloji travma almışam. Ən sevdiyim, əziz insanlar belə dünyasını dəyişəndə nə edəcəyimi bilmirəm. Ağlaya da bilmirəm, çox vaxt donub qalıram. Əlimdən heç nə gəlmir deyə aciz kimi ağlaya bilmirəm. Beynim həzm etməyə çalışır və bir şeyi dəqiq anlayıram ki, hamımız bir gün öləcəyik”. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …