Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Hərəsi 1000 dollardan 15 toy oxudun, az puldur?!“ – Video

“Hərəsi 1000 dollardan 15 toy oxudun, az puldur?!“ – Video

“Tutalım ki, getdin hərəsi 1000 dollardan 15 toy oxudun, az puldur?! Mənə verin o pulu, gedib oxuyacam”.

Bu sözləri müğənni Aygün MM ARB telekanalında qonaq olarköən deyib. O, son günlər gündəm mövzusuna çevrilən Rusiya toyları barədə danışıb.

Aygün MM  “müğənnilər göyərti qiymətinə toylara gedirlər” deyən həmkarı Sevinc və Sevil bacılarını qınayıb:

“Nə qədər məbləğdən söhbət gedir? Mən sizə deyim bu qiymət ucuzdur, yoxsa yox. Tutalım ki, getdin 15 toyu oxudun hərəsi 1000 dollardan, az puldur?! Mənə verin, mən gedib oxuyacam o pula. Az puldur? 10 min dolları Azərbaycan manatına dəyişəndə görün, nə qədər pul edir. Nə demək istəyirlər, mənə çatmır. Bəziləri var ki, onları toylara çağıran yoxdur, ona görə də çıxıb efirdə ağızlarına gələni danışırlar. Həqiqəti demək lazımdır”.

Həmin görüntüləri təqdim edirik: 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …