Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Şou Biznes / “Hər kim bədəninin torpaq altında sağlam və təzə qalmasını istəyirsə…”

“Hər kim bədəninin torpaq altında sağlam və təzə qalmasını istəyirsə…”

Əgər tarixə nəzər salsaq, görərik ki, çox sayda alimlərin və din xadımlərinin bədənləri qəbirdə salamat qalmışdır.
Bəs bunun sirri nədir?
Həzrət Peyğəmbər (s) buyurur: “İsra gecəsində ki, səmaya seyr etmişdim, gördüm ki, behiştin altıncı qapısına yazılmışdır:
– Hər kim qəbrinin geniş olmasını istəyirsə, məscid inşa etsin.
– Hər kim torpaq qurdlarının bədənini yeməsini istəmirsə, məscidi təmizləsin.
– Hər kim qəbrinin qaranlıq olmasını istəmirsə, məscidi nurani etsin.
– Hər kim bədəninin torpaq altında sağlam və təzə qalmasını istəyirsə, məscid üçün xalça hazır etsin”. (Tebyan)
Əlbəttə bu nurani hədisdə deyilənlər gərək özünəməxsus şərtlərlə yerinə yetilsin. Əgər məscid inşa edirsinizsə, gərək şöhrət və etibar qazanmaq niyyətindən çəkinəsiniz. Çünki bu zaman Allahdan qeyrisi üçün iş görmüş olarsınız. Eləcə də qalan əməllər də o cür. Əgər niyyət xalis olmazsa, əməl boşa getmiş olar. Əməl o zaman qəbul olar ki, niyyəti xalis və İlahi olsun. (Deyerler.org)

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın