Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Gözümüzü açırıq Məhərrəmlik, gözümüzü yumuruq Ramazan, karantin…” – Tacir

“Gözümüzü açırıq Məhərrəmlik, gözümüzü yumuruq Ramazan, karantin…” – Tacir

Məhərrəm ayı çörəyi toydan çıxan müğənnilərin büdcəsinə, əlbəttə, təsirsiz ötüşmür.

Mövzu ilə bağlı danışan müğənni Tacir Şahmalıoğlu qısa müddət ərzində yenidən toyların dayandırılmasından gileylənib:

“Vallah, hər kəsdə toy ab-havası var, amma imkan versələr. Elə gözümüzü yumub açırıq toylar dayanır. Gözümüzü bir daha açırıq Məhərrəmlik, gözümüzü yumuruq Ramazan, karantin… Ab-hava olsa da, vaxt yoxdur. İnşallah, məhərrəmlikdən sonra karantin olmaz, toylara davam edərik. Toylar olmayan müddətdə ailəmlə birlikdə dincəlməyə rayona gedəcəyəm”. Yenisabah.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …