Restoranda təşkil edilmiş şou-proqrama dəvət edilən rəqqasəni pula “boğan” qonaqlar arasında məmurlar diqqəti çəkib.
Yüksək vəzifəli məmurların, nazirlik əməkdaşlarının da qatıldığı şou-proqramda rəqqasə Nigarın rəqsinə heyran olan məmur qonaqlar onu “şabaş yağmuruna” tutub.
Restoranın adı və şou-proqramda iştirak edən vəzifəli şəxslərin kimliyi məlumdur. Onlar arasında icra başçısının müavini, general oğlu, Bakı rayonlarından birinin icra hakimiyyəti başçısının oğlu da var.
Əməkdaşımız həmin görüntüləri restorandakı şou-proqramda çəkib.(cebhe.info)