Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Gəncə hadisələrində şəhid olan Milli Qvardiyanın çavuşu “yaddan çıxıb” 

Gəncə hadisələrində şəhid olan Milli Qvardiyanın çavuşu “yaddan çıxıb” 

Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov 24 il öncə şəhid olmuş keçmiş cəbhə yoldaşının ailə üzvlərinin acınacaqlı durumu ilə bağlı təəssüf dolu fikirlərini yazaraq Moderator.az-a göndərib:

“Çox ağır və acınacaqlı bir biganəliklə bağlı sizə müracət edirəm. Bəlkə bu biganəlikdə mənim də günahım var. Ola bilsin hardasa unutqanlığa yol vermişəm.

1993-cü il 4 iyununda Gəncə hadisələri zamanı Gəncədə vəhşicəsinə gülələnləri 9 nəfər Milli Qvardiya zabit və gizirləri arasında Gədəbəy rayonunda anadan olmuş 1968-ci il təvəlüdlü İsmayılov Kamaləddin Rəhim oğlu da olub. İsmayılov Kamaləddin Gəncə hadisələrində şəhid olmamışdan öncə Vətənmizin ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı Gədəbəy rayonu özünü müdafiyə taborunun tərkibində, o cümlədən Milli Qvardiyada xidmət etdiyi dövrdə ən ağır döyüşlərdə iştirak edib.

Ölkə prezdentinin fərmanı ilə bu insanlara Şəhidlik statusu verilib. Lakin Şəhidlik statusu bu günə qədər Milli Qvardiyaçı İsmayılv Kamaləddin Rəhim oğuna şamil edilməyib. İsmayılov Kamaləddinin ailəsi zəhmətkeş, savadsız bir ailə olub. Kamaləddinin iki qardaşı dolanışıq üçün bir tikə çörək dalınca Rusiyaya getsə də hər iki qardaş müxtəlif səbəblərdən vəfat edib. Üstəlik, ailənin başçısı Rəhim kişi də övlad acısından vaxtsız həyatdan köçüb. Ailədə bir bacı, bir ana qalıb. Onların da heç biri işləmir. Üstəlik də Vətənin ərazi bütövlüyü uğrunda döyüşən Dövlətin müstəqilliyi yolunda, Gəncə hadisələrində vəhşicəsinə güllələnən oğluna da şəhidlik statusu şamil edilməyib.

ca

 

Dərd orasındadır ki, XDMX – də bu gün ən yüksək vəzifə tutan Milli Qvardiya komandanı general mayor Akif Yusifov İsaxan oğlunun gözü önündə güllələnən bu 9 nəfər qıvardiyaçı onun döyüş yoldaşları olub. Bu günə qədər nə qədər insanlar Milli Qvardiyada xidmət edib. Bir nəfər də olsun XDMX rəhbərliyi qarşısında Milli Qvardiyanın tərkibində Gəncə hadisələri zamanı vəhşicəsinə güllələnən 9 nəfər barəsində, o cümlədən Ağdam cəbhə bölgəsində itkin düşmüş 22 nəfər gənc əsgərin taleyi ilə bağlı məsələni gündəmə gətirməyiblər. Əgər bu günə qədər bu insanların ailələrinin sosial problemləri ilə bağlı XDMX rəhbərliyi qarşısında məsələ qaldırsaydılar, bu gün İsmayılov Kamaləddinin anası bir tikə çörək ucbatından Gədəbəy rayon rəhbərliyinin qapıları qarşısında boynu bükük qalmazdı. Burada biz keçmiş qvardiyaçıların da günahı varsa bunun da səbəbi var. Bu neçə illər ərzində Milli Qvardiya ilə bağlı bir müharibə veteranı olaraq bu xidmətin əməkdaşı kimi heç bir tədbirlərinə dəvət etmirlər. Ona görə də bu kimi məsələlər bu günə kimi həllini tapmır. Buna çox təəssüf edirəm. Düşünürəm ki, belə olmamalıydı və Vətən üçün şirin canını əsirgəməyənlər heç zaman unudulmamalıydı”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın