Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Evinə radar məktubu gələn sürücülər bu xəbəri mütləq oxusunlar

Evinə radar məktubu gələn sürücülər bu xəbəri mütləq oxusunlar

Ərşad Hüseynov: “Əgər avtomobilin radara düşməsi barədə məktub çatdısa, 20 gün ərzində birbaşa qərar əsasında cərimə qüvvəyə minir”
Statistika göstərir ki, Azərbaycanda avtomobillərin sayı hər ötən gün daha da artır. Hələ 2-ci devalivasiyadan öncə ölkəyə idxal edilən avtomobillərin sayı həddindən çox idi. Lakin dolların məzənnəsinin manata nisbətdə yüksəlməsindən sonra bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkəyə gətirilən avtomobillərin sayına da kəskin təsir etdi. Buna baxmayaraq Azərbaycanda orta hesabla demək olar ki, hər ailəyə bir avtomobil düşdüyünü demək mümkündür. Avtomobil varsa və idarə olunursa demək qayda pozuntuları və bunun müqabilində yazılan cərimələr, radarlar da qaçılmazdır. Sürücülərin bir çoxu radarların ödəniş qaydalarından xəbərdar olsalar da, bəziləri hələ də qanunun tələblərini bilmədiklərindən çətinliklərlə üzləşirlər.

Bəs görəsən vətəndaş avtomobilinin radara düşməsi haqqında rəsmi məktub aldıqdan sonra cəriməni necə ödəməlidir?.

Suala cavab tapmaq üçün yol hərəkəti üzrə ekspert, «Digesta» firmasının direktoru Ərşad Hüseynova müraciət edilib. Ekspert bildirib ki, əgər vətəndaşın idarə etdiyi avtomobil radara düşübsə və evə məktub vasitəsi ilə bildiriş göndərilibsə bu o deməkdir ki, artıq “MMX” sistemə yerləşdirilib. Əgər radar sistemdə yoxdursa demk ki, səhv yazılıb.

Ərşad Hüseynov radar cəriməsinin necə ödənilməli olduğunu da izah edib: “Əgər avtomobilin radara düşməsi barədə məktub çatdısa, 20 gün ərzində birbaşa qərar əsasında cərimə qüvvəyə minir. Əgər cərimə 25 gün müddətində ödənilərsə, o zaman məbləğdən 10 faiz çıxılır. Yəni cərimə 10 faiz az ödənilir. Ümumilikdə isə rəsmi məktub göndəriləndən 50 gün müddətində cərimə ödənilməlidir. Əgər bu müddət ərzində vətəndaş cəriməni ödəməzsə, o zaman 51-ci gündə əlavə faiz hesablanacaq. Faizin miqdarı isə hər ötən gün üçün 1 faiz olaraq nəzərdə tutulur. Lakin 80 gün keçdikdən sonra da vətəndaş cəriməni ödəməzsə, bu halda avtomobilə həbs qoyulur və saxlanılaraq cərimə meydançasına aparılır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın