Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / DİN-dən polisin videosu ilə bağlı – Açıqlama

DİN-dən polisin videosu ilə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində polislə vətəndaş arasında qarşıdurmanı əks etdirən videogörüntünün yayılmasına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, fevralın 12-də paytaxtın Fəvvarələr meydanında bir nəfər ictimai qaydanı kobud şəkildə pozduğu üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intizama dəvət edilib: “Lakin həmin şəxs buna məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini davam etdirib və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb, hətta müqavimət göstərib. O, saxlanılaraq aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib”.

O. Mansurzadə qeyd edib ki, bölmədə aparılan araşdırma nəticəsində həmin şəxsin kimliyi müəyyən olunub: “Bakı şəhərində yaşayan Eldəniz Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən Eldəniz Eyvazov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-də polislə vətəndaş arasında qarşıdurmanı özündə əks etdirən videogörüntü yayılıb.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın