Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Dedi ki, Manafı axşam söküb-yığacam“

“Dedi ki, Manafı axşam söküb-yığacam“

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrəməhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi iləkeçirilən prosesdə ifadə verən Rəfiqə Müslümova bildirib ki, ona evtəmiri üçün təcili pul lazım olub.

“Mən faizə pul axtarırdım. Bir nəfər dedi ki, qızıl qoyublombarddan götürə bilər. Mənim qızılım yox idi. Qohumumdan qızılgötürüb həmin adamla aparıb lombardda Mədinə adlı xanıma verdim. 15gün keçməmiş pulu qaytardım. Amma qızılları ala bilmədim. Hər güngedib lombardın qarşısında oturdum, əsəbiləşirdim. Bir günlombardın qabağında ürəyim getdi. Polislər mənə yardım etdi. Mədinəmənə dedi ki, qızılları Maksud müəllim götürüb qaçıb. Qızıllarınyiyəsi məni az qalırdı məhkəməyə versin. 4 aydan sonra qızıllarıqaytardılar. Mən Maksudu tanımamışam. Mənə dedilər ki, lombardsahibi Maksuddur”.

Zərərçəkmiş Orxan Bəylərzadə da bildirib ki, onun da qızıllarınıMaksud Mahmudov götürüb qaçıb.

Digər zərərçəkmiş Vasif Məhərrəmli də ifadə verib.

“Maksud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə başçəkmirsən. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam vəyaşlı qadın saxlayıram. Mən ona dedim ki, almışam, öz işimdir.Digər tərəfdən isə mən el bir ev almamışam. Mən ona dedim ki, buinformasiya səndə haradandır. Dedi ki, mənə bir xanım deyibməlumatı. O, mənə dedi ki, öyrənib xanımın adını mənə deyəcək.Səhəri gün Maksud Mahmudov canlı efirdə heç nə demədi.

Bir müddət sonra o, Cavanşir Məmmədovla bağlı danışmağa başladı.Mən Maksuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddətMaksud sakit oturdu. Bir müddətdən sonra o, Manaf Ağayevlə bağlıdanışmağa başladı. Maksud ancaq şou-biznes əhlini söyməklə məşğulidi. O, Manaf Ağayev və Afət Fərmanqızıdan pul istədi. Onlar pulvermədi. Amma mən 1000 manat pul verdim. Bir nəfər cavan oğlan mənəzəng elədi ki, Maksud müəllim göndərib, pulu ver. Mən də 1000manatı verdim. Ondan sonra onu görməmişəm. Mənim min manatınıversə, yaxşı olar”, – deyə V.Məhərrəmli bildirib.

Maksud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmlini yığıb vəondan üzr istəyib: “Vasif Məhərrəmli mənə dedi ki, onları niyəsöyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənimqohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdəpaylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afətisöydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Mən Afətdən soruşdumki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, birsaata silinəcək. Həqiqətən də bir saata silindi. Manaf AğayevləVasifin İlham adlı dostu var idi. Onun mənə 30 min manat borcu var.Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasifdedi ki, mən ona deyərəm. Mən dedim ki, pulumu 3 min-3 minqaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, o,pulu başqa adama verib. Vasif dedi ki, biz Manafla adama 500 manatverərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dediki, mən sənə qardaş payı verirəm”.

Vasif Məhərrəmli bildirib ki, Maksud yalan danışır: “Maksud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maksud belə deyir. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?”. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …