Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska müharibəyə münasibət bildirib.
O, Rusiya işğalını pisləyib və hücumların mülki vətəndaşın ölümünə səbəb olduğunu xatırladıb.
Bombalamalarda həyatını itirən 3 ukraynalı uşağın adını çəkən Zelenska, işğalın inanılmaz bir vəziyyət olduğunu ifadə edərək, “Ölkəmiz əmin-amanlıq içində idi, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz həyatla dolu idi. Hazırda baş verənlər Ukrayna vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsidir. Ən dəhşətlisi uşaqların ölümüdür”.
Zelenskaya qeyd edib ki, “Putini dayandıra bilməsək, dünyada heç birimiz üçün təhlükəsiz yer olmayacaq”.
Xanım Zelenska sonda Putinin onları çox aşağıladığını qeyd edib. O, Ukrayna xalqının qələbə qazanacağına inandığını əlavə edib: “Rus təbliğatçıları elə zənn edirdilər ki, ukraynalılar onları çiçəklərlə qarşılayacaq. Amma Ukrayna xalqı onları “Molotov kokteyli” ilə qarşıladı”.