Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / “Çudo Peçka”da qalmaqal böyüyür

“Çudo Peçka”da qalmaqal böyüyür

“Çudo Peçka” mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmirlər. İşçilər şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını bildiriblər.

“8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə A.Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, “3 gündən bir gəlib, 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm”. Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? 20 manatla necə dolanaq?”

İşçilər “Çudo Peçka”nın müflis olduğunu da qeyd ediblər:

“Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də, işçilərin əmək haqlarını verməyi düşünmür”.

İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.

Qeyd edək ki, baş verənlərlə bağlı “Çudo Peçka” mağazalar şirkətinin sahibi Çingiz Cəlilovun oğlu A.Cəlilov polis bölməsinə çağrılıb. (modern.az)

Həmçinin oxuyun

Azərbaycanlı model soyundu – Fotolar

Faina Zuckerman bədən quruluğu və gözəlliyi ilə hamını özünə heyran edir.  Atası yəhudi, anası azərbaycanlı …

Bir cavab yazın