Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Şou Biznes / “… Cangüdənləri, maşınları var” – Partiya rəhbərlərindən danışdılar

“… Cangüdənləri, maşınları var” – Partiya rəhbərlərindən danışdılar

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bir sıra siyasi partiyaların maliyyə mənbələrini gizlətməsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o çıxışında qeyd edib ki, hər bir məsələnin mərkəzində maliyyə dayanır: “ Əgər maliyyə təminatı olursa bu və ya digər şəkildə cinayətə əl atmış olurlar. Biz həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi ilə bağlı bəzi qanunlara  baxmalıyıq. Baş Prokurorluq  bu yaxınlarda açıqladı ki, bəzi siyasi partiyalar maliyyə mənbələri haqqında məlumat vermirlər. Biz  vaxtilə bir sıra qanunlara dəyişiklik etdikdə Avropa strukturları və mətbuat bizim haqqımızda yazılar yazmağa başladı. Bu yaxınlarda bir partiya sədrinin müavini bir il ərzində neçə  dəfələrlə başqa ölkələrə səfərlər etməsi, banklardan pul çıxarması məsələsi gündəmə gəldi. Kim öz nizamnamə tələblərindən çıxırsa, onun haqqında da çox ciddi şəkildə qərar qəbul etməliyik.

Partiyalar maliyyə hesabatından “0” rəqəmi göstərirlər. Amma görürsən ki, aparatında  kifayət qədər adam çalışır, cangüdənləri, maşınları var. Ona görə də bəzi qanunlarda sərtləşdirmə aparmalıyıq”.

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın