Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Cərimələri ödəməyən müğənnidən məhkəməyə şikayət olundu

Cərimələri ödəməyən müğənnidən məhkəməyə şikayət olundu

Müğənni Xəyyam Nisanovdan məhkəməyə şikayət olunub.

Müğənni yol hərəkəti qaydalarını pozduğu üçün təyin olunan cərimələri vaxtında ödəməyib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu maddə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Lent.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …