Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bülənt Ərsoy iftar süfrəsinə görə tənqid olundu

Bülənt Ərsoy iftar süfrəsinə görə tənqid olundu

Türkiyəli müğənni Bülənt Ərsoy bu dəfə iftar süfrəsi ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, ifaçının yaxın dostu onunla balıq restoranında iftarda çəkilən fotoları sosial media hesabında paylaşıb. O, şəklə “Divamla orucumuzu açarkən. Allah qəbul etsin” sözlərini yazıb. Süfrədə kürü, omar, kalamar, lakerda kimi bir çox dəniz məhsulları diqqət çəkib. Paylaşım sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

B.Ərsoyun ünvanına “Bunları yemək bir ay oruc tutar”, Süfrəni bu qədər ac insan varkən belə bəzəməyin nə mənası var?”, “Bülent Ersoy bunlarla ac qalmaz”, “Yeməyə bir boşqab isti şorba tapmayanlar var”, “Süfrəyə baxsaq, sahura qədər yeyiblər”, “İstədiyini ye, amma gözümüzə soxma” kimi tənqidlər gəlib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …