Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Paxıllıq kinomuzu məhv elədi” – “Azərbaycanfilm”in sabiq direktoru

“Paxıllıq kinomuzu məhv elədi” – “Azərbaycanfilm”in sabiq direktoru

“Bizim kinomuz çox tez öldü. Dünyadan 60 yaşında köçən adama deyirlər ki, cavan getdi. Biz kinostudiyanın indiki binasına 66-cı ildə köçmüşük. 25- 30 il keçmədi ki, kinostudiya məhv oldu”.

Bu sözləri xalq artisti, kinorejissor, 2002-2011-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Xamis Muradov Eldar Quliyevin anım tədbirində səsləndirib.

“Qocalıqdan boylanıb o dövrə baxıram və görürəm ki, dağılmanın səbəbi paxıllıq, didişmələr idi. Heç kəs Eldar Quliyev, heç kəs Rasim Ocaqov ola bilməzdi. Oktay Mir Qasımovun da, Arif Babayevin də kinomuzda öz yeri var. Bu didişmələr kinomuzu məhv elədi. Mənə elə gəlir ki, insana dəyən zərbələr yığılır-yığılır və nəticədə kimsə yatdığı yerdə ölür. İndi Eldara heç kim paxıllıq etmir. Çünki dünyasını dəyişib. Mütləq gərək ölməz lazımdır ki, haqqında xoş söz desinlər? Eldar onda da yaxşı adam idi. Eldarın özündən böyük ürəyi var idi. Eldar paxıl deyildi. Allah ona hər şeyi vermişdi: gözəllik, istedad, alicənablıq”.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …