Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Bu, iki arvadın davasıdır, nə zorla məhkəməyə gətirilmə?!” – Afət Fərmanqızı

“Bu, iki arvadın davasıdır, nə zorla məhkəməyə gətirilmə?!” – Afət Fərmanqızı

Müğənni  Afət Fərmanqızı Xalq artisti Flora Kərimova məhkəməyə qədər uzanan qalmaqalın aqibətini açıqlayıb.

Yenisabah.az-a danışan sənətçi prosesdə qalib gəldiyini qeyd edib.

A.Fərmanqızı bildirib ki, hər 3 məhkəmədə Xalq artistinin iddiası təmin olunmayıb:

“Məhkəmənin nəticəsi ilə 3 qərar var. Ekspertiza, əmlakıma həbs qoyulması və mənim Rusiyadan zorla məhkəməyə gətirilməyib haqda iddialara dair proslərin hamısını udmuşam.

Bu, iki arvadın davasıdır, nə zorla məhkəməyə gətirilmə?! “Zorla gətirilmə” deyə bir şey yoxdur, özü nə vaxt gələrsə, gələr”.

Sənətçi qərardadı da “Yeni Sabah”la bölüşüb:

“İddiaçı Kərimova Flora Ələkbərovnanın 

cavabdehlər Həsənova Afət Fərman qızı, Hürriyyət.az saytına qarşı 

“şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi:

İddiaçı Kərimova Flora Ələkbərovna cavabdeh Həsənova Afət Fərman qızı, Hürriyyət.az saytına qarşı “şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Məhkəmənin 10 avqust 2022-ci il tarixli qərardadı ilə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və ekspertiza aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib.

Ekspertin vəsatəti əsasında Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan mütəxəssisin cəlb olunması tələb olunub və müvafiq rəy Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Lakin tədqiqatın aparılması üçün ekspert mütəxəssis rəyini ümumi və qısa məzmunlu hesab etmiş, iş üzrə rəy verməkdən imtina etməklə icrasız geri qaytarılmışdır.

Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması üçün iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilməli, mülki iş üzrə rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməli, iş üzrə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu müvafiq mütəxəssisi cəlb edilməklə, ətraflı və əsaslandırılmış rəy təqdim edilməlidir.

Belə ki, Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 167.1.9-cu maddəsinə əsasən hakim tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılırdı. 

A.Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunmuşdu.

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edirdi.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …