Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bu gün onların bayramıdır – FOTOLAR

Bu gün onların bayramıdır – FOTOLAR

Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 72 il ötür. Bakıda Qələbənin ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı qəhrəmanı olan Həzi Aslanovun abidəsinin önündə təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, müharibə veteranları iştirak ediblər.

Günün qəhrəmanları bir-birilərini böyük qələbə münasibətilə təbrik edərək, döyüş xatirələrini bölüşüblər.

Qeyd edək ki, hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarının sayı 763 nəfər təşkil edir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın