Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bölgələrdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri başlayıb

Bölgələrdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri başlayıb

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Özünü tanı, hüququnu bil!” erkən nikahların qarşısının alınması üçün maarifləndirmə kampaniyası adlı layihəsi çərçivəsində iyunun 8-də Quba şəhərində maarifləndirici seminar təşkil edib.

Azinforum.az-ın məlumatına görə, seminarlarda yeniyetmə, gənc oğlan və qızlar, təhsil işçiləri fərdi inkişaf yolları, erkən nikahın yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları, həmçinin layihənin effektivliyinin artırılması məqsədilə hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.

Layihənin seminarları Qusar və Xaçmaz şəhərlərində davam edəcək.

Xatırladaq ki, layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.

c1

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın