Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Bayraq meydanının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb – FOTOLAR

Bayraq meydanının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb – FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verib. O bildirib ki, baş nazirin müavinin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar. Yoxlama zamanı bəzi şəxslərin adının tabeldə olduğu halda heç birinin imzalanmadığını deyib: “Bəzilərinin adları yox idi, amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik”.
R. Məmmədov ötən proseslərdə olduğu kimi bu dəfə də yoxlamanın qərəzli aparıldığını bildirib.Sübutların tədqiqi mərhələsi və məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Hər üç təqsirləndirilən şəxsin 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıblar.Məhkəmə kollegiyası hökmün elan olunması üçün fasilə elan edib.Fasilədən sonra davam edən məhkəmə prosesində hökm oxunub.
Musavat.com xəbər verir ki, hökmə əsasən Rəşad Məmmədov və digər təqsirləndirilən İsfəndiyar isfəndiyarov məhkəmə zalından azadlığa buraxılıblar.Xatırladaq ki, sonuncu prosesdə dövlət ittihamçısı Rəşad Məmmədovun azadlığa buraxılması ilə bağlı qaldırılan vəsatətə etiraz etmişdi. Zərəçəkmiş kimi tanınan şəxslər də onlara dəymiş zərərin ödənildiyini deyərək təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını istəmişdi.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.
8d9b354ff4cc443b941bab2db2fd08b2eb02c8e7bf80fbf1

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın