Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Şou Biznes / Batumidə pasportsuz qalan azərbaycanlı turistlərin problemi həll olundu – KONSULLUQ

Batumidə pasportsuz qalan azərbaycanlı turistlərin problemi həll olundu – KONSULLUQ

Bakıda fəaliyyət göstərən səyahət şirkətlərdən birinin Batumiyə apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri Azərbaycanın Batumidki Baş Konsulluğunu hərəkətə gətirib.

“Bu gün həmin turistlər Batumidəki Baş konsulluğa müraciət ediblər. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb”. Bu sözləri Qaynarinfo.az-a açıqlamasında ölkəmizin Batumidəki baş konsulu Rəşad İsmayılov deyib.

Sözügeden firma turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə, onların pasportları otel tərəfindən götürülüb. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turist şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazmi tədbirləri həyata keçirib.

Baş konsul eyni zamanda turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”O ki qaldı kazino söhbətinə, turistlərin yazdığı ərizədə bu barədə heç nə deyilmir”.

Xatırladaq ki, səyahət şirkəti 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Bu barədə məlumat criminal.az-a daxil olub. Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan Larisi məbləğində pulu uduzublar.

Sonra isə ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etməyib. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina ediblər. Vəziyyətin belə olduğunu görə turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın