Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Şair Salam Sarvan YAP-a üzv olmaq istəyir

Şair Salam Sarvan YAP-a üzv olmaq istəyir

İki gün əvvəl 50 illik yubileyini qeyd edən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Salam Sarvan gözlənilməz açıqlama verib.

Sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan etirazçı şair YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini deyib:

“Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Şair “Qafqazinfo”ya açıqlamasında YAP sıralarına qoşulmaq istəyini belə izah edib:

“Düzü, bu qərarımda həm ictimai, həm də şəxsi motiv var. İctimai motiv budur: Dünyada getdikcə bir gərginlik hiss olunmaqdadır. Azərbaycanı ehtimal edilən dünya sarsıntılarının təsirindən yalnız YAP hakimiyyəti qorumağa qadirdir. Həm səriştə, həm də təcrübə baxımından bu hakimiyyətin alternativi yoxdur. Bu hakimiyyət daxili siyasətdə sabitliyi saxlayacaq ən optimal siyasət yürüdür ki, bu da çox vacibdir. Əlbəttə ki, hökumətin fəaliyyətində ayrı-ayrı məmurlar səviyyəsində problemlər də var. Amma bu problemləri də məhz cənab prezident həll etmək gücündədir. Ona görə də, belə halda YAP sıralarını bir nəfərlik artırmağı özümə borc bilirəm.

Şəxsi motiv budur: Mən ayrı-ayrı vaxtlarda YAP hökumətinin fəaliyyətindəki problemlər barədə xeyli tənqidi yazılar yazmışam. Amma buna rəğmən bu hökumət bircə dəfə də olsun mənə “gözün üstdə qaşın var” deməyib. Amma bu cəmiyyət yanlış anladığı bir statusuma görə, az qala, məni asacaqdı. Bir kəsimi səviyyəsində olsa da. Ona görə də özümü bu cəmiyyətdən qorumaq üçün daha tolerant bir qurumun, kəsimin içində olmalıyam. Bu da YAP-dır”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın